İranda `quş qripi` yayılıb
18:07 30 Noyabr 2016
İranın paytaxtı Tehranın Malard bölgəsindəki 4 quşçuluq təsərrüfatında ev quşları arasında “quş qripi” xəstəliyi aşkarlanıb.
Bunu İranın Baytarlıq Təşkilatı açıqlayıb. Qeyd olunan 4 quşçuluq təsərrüfatında 513 mindən çox toyuq məhv edilib.
İran Baytarlıq Təşkilatı elan edib ki, bu xəstəlik qonşu ölkələr - Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və İraqda da yayılıb, lakin bu ölkələr Dünya Səhiyyə Təşkilatına hesabat verməyiblər.
Malard bölgəsinə yaxın Əlborz əyalətində qabaqlayıcı tədbirlər həyata keçirilir. Rəsmi şəxslər insanları diri quşları almaqdan çəkinməyə çağırıb. Əyalətdə 100-dən çox diri quş satılan obyekt bağlanıb.(APA)
Femida.az
Oxunub: 1509
Oxşar xəbərlər
- İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO
- İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır
- İranda zəlzələ - 20 nəfər xəsarət alıb
- İranda etirazlar yenidən baş qaldırdı
- İranda onlarla azərbaycanlı həbs edildi
- İranda ölənlərin sayı 20 nəfərə çatdı
- İranda gərginlik son həddə çatdı: 10 nəfər ölüb
- İranda etirazlar davam edir
- İranda aksiyalar genişləndi: 2 nəfər güllələnib
- İranda qadınların geyimi ilə bağlı qayda dəyişir